UEFA Canni İnfantinonun əleyhinə xüsusi plan hazırlayıb

26.08.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

UEFA Canni İnfantinoya qarşı genişmiqyaslı tədbirlər planı hazırlayır.

İdman.Biz xəbər verir ki, bu barədə fransalı araşdırmaçı jurnalist Romen Molina “X” hesabında yazıb.

Onun məlumatına görə, Avropa yığmaları sentyabrın 5-dən 27-dək Polşada keçiriləcək 20 yaşadək qadınlar arasında dünya çempionatını boykot etməyəcək. Lakin UEFA daxilində birbaşa İnfantinoya qarşı daha genişmiqyaslı tədbirlər planı hazırlanır.

Lakin jurnalist mümkün aksiyanın detalları barədə hələlik məlumat verməyib.

U20 qadınlar arasında dünya çempionatında Avropanın altı yığmasının - İngiltərə, İspaniya, İtaliya, Portuqaliya, Fransa və turnirin ev sahibi Polşanın iştirakı gözlənilir.

UEFA ilə FIFA prezidenti arasında qarşıdurma İnfantinonun dünya çempionatları və digər FIFA turnirlərində özəl investorların pay sahibi olmasına imkan verəcək “FIFA Forward Enterprise” layihəsini irəli sürməsindən sonra daha da kəskinləşib.

UEFA və onun 55 milli assosiasiyası bu təklifə qarşı çıxıb. FIFA daha sonra layihədən imtina edib və UEFA bu qərarı alqışlayıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью