UEFA “Çelsi” ilə oyundan sonra Polşa klubunu cəzalandırıb

22.04.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 aprel, AZƏRTAC

UEFA Polşanın “Legiya” klubunu Konfrans Liqasının 1/4 final mərhələsində “Çelsi” ilə keçirilmiş cavab oyunundan sonra cəzalandırıb.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi pirotexniki vasitələrdən istifadə edən və nalayiq şüarlar səsləndirən azarkeşlərin davranışlarına görə ümumilikdə 100 min avro məbləğində cərimə olunub. Bundan əlavə, “Legiya”nın avrokuboklarda keçirəcəyi iki ev matçında tribunalar qismən bağlanacaq.

Qeyd edək ki, “Çelsi” iki oyunun nəticəsinə əsasən, “Legiya”nı 4:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью