Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA İngiltərənin "Çelsi" və "Nyukasl" klublarını cərimələyib.
QOL.az xəbər verir ki, bu barədə UEFA-nın Klubların Maliyyə Nəzarəti Komitəsinin (CFCB) Birinci Palatasının hesabatında bildirilib.
Qərara səbəb Premyer Liqa təmsilçilərinin maliyyə dayanıqlılığı qaydalarını pozması olub.
"Çelsi" 2025-ci ildə maaş fondunun icazə verilən həddi (Squad Cost Ratio) aşdığı üçün 3 milyon avro cərimələnib. Bunun 2 milyon avrosu şərti xarakter daşıyır. Bildirilir ki, London təmsilçisi 2026-cı ildə maaş xərclərinin gəlirlərə nisbətini azaltmağa davam edərsə, həmin məbləği ödəməyəcək. CFCB qeyd edib ki, klubun 2024-2025-ci illərdə bu göstəricini azaltmaq istiqamətində müsbət irəliləyişi nəzərə alınıb.
"Nyukasl" isə maliyyə dayanıqlılığı qaydalarını iki maddə üzrə pozduğuna görə 6 milyon avrodan çox cərimə olunub. İngiltərə klubu həm son 3 illik dövrdə icazə verilən zərər həddini aşıb, həm də 2025-ci ildə maaş fondunun gəlirlərin 70 faizindən çox olmasına yol verib.
Mənbənin məlumatına görə, "Nyukasl"ın transfer bazarındakı son addımları da məhz bu sanksiyalarla əlaqədardır. Klub artıq Entoni Qordonu 80 milyon avroya "Barselona"ya satıb. Həmçinin "Tottenhem"in maraq göstərdiyi Sandro Tonalinin də yay transfer pəncərəsində komandadan ayrılması gözlənilir. Bu addımlar UEFA-nın maliyyə tələblərinə uyğunlaşmaq və gələcək sanksiyaların qarşısını almaq məqsədi daşıyır.