UEFA Çempionlar Liqası: 1/8 finala yüksələn 4 komanda müəyyənləşib

25.02.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

"Ölkə.az" xəbər verir ki, turun ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Səfərdə "Nyukasl"ın (İngiltərə) qonağı olan Azərbaycan çempionu "Qarabağ" mübarizəni dayandırıb.

"Atletiko" Madriddə "Brügge"ni qəbul edib və rəqibinə qalib gələrək növbəti raunda adlayıb.

İlk matçda evdə İtaliya nəhəgi "İnter"i üstələyən Norveçin "Budyo Qlimt" komandası, səfərdə də qalib gəlməklə birinci görüşdə əldə etdiyi nəticənin təsadüfi olmadığını sübut edib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşləri

24 fevral

"Atletiko" (İspaniya) - "Brügge" (Belçika) 4:1

İlk oyun - 3:3

"Bayer 04" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) 0:0

İlk oyun - 2:0

"İnter" (İtaliya) - "Budyo Qlimt" (Norveç) 1:2

İlk oyun -1:3

"Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)

İlk oyun - 6:1

Qeyd edək ki, pley-off mərhələsinin digər görüşləri sabah baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью