UEFA Çempionlar Liqası: Arsenal PSJ ilə yarımfinalda üz üzə

29.04.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə bir görüşlə start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Arsenal" klubu PSJ-ni qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, komandalar indiyədək ümumilikdə beş dəfə üz-üzə gəliblər. Bunlardan üçündə "Arsenal" qələbə qazanıb (2:0, 5:1, 2:1). İki görüş isə heç-heçə ilə başa çatıb (2:2, 1:1).

Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında isə "Barselona" klubu "İnter"i qəbul edəcək.

29 aprel

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi

Saat 23:00, "Arsenal" - PSJ.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью