Oxu.az saytına istinadən Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "İnter" öz meydanında "Bavariya"nı qəbul edib.
Oxu.Az xəbər verir ki, "San-Siro" stadionunda keçirilmiş matçın birinci hissəsində qol səsi eşidilməyib.
Komandalar ikinci hissəyə qollarla başlayıblar. "Bayern"dən Harri Keyn 52-ci, "İnter"dən isə Lautare Martines 58-ci, Benjamen Pavar 61-ci dəqiqədə fərqləniblər.
Erik Dayer 76-cı dəqiqədə Almaniya təmsilçisinin son qolunu vuraraq hesaba tarazlıq gətirib - 2:2. Qarşılaşmada daha qol olmayıb.
Tərəflər arasında keçirilmiş ilk oyun Milan təmsilçisinin 2-1 hesablı səfər qələbəsi ilə yekunlaşmışdı.
"İnter" finala çıxmaq üçün yarımfinalda "Barselona" ilə üz-üzə gələcək.