UEFA Çempionlar Liqası: Barselona üç xalı darmadağınla qazandı

07.11.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının liqa mərhələsində 4-cü tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, "Barselona" səfərdə "Srvena Zvezda" ilə qüvvəsini sınayıb.

Qonaqlar rəqibin qapısından 5 top keçiriblər. Meydan sahibləri isə bu qollardan yalnız ikisinin əvəzini çıxmağı bacarıblar - 2:5. Levandovski dublla yadda qalıb.

Qeyd edək ki, günün digər qarşılaşmalarında " Brügge" "Aston Villa"ya 1:0, "Şaxtyor" isə "Yanq Boyz"a 2:1 hesabı ilə qalib gəlib.

Həmçinin, "Zalsburq" səfərdə "Feyenoord"dan üstün olub - 1:3, Praqa "Sparta"sı evdə "Brest"ə uduzub - 1:2, "Ştutgart" öz meydanında "Atalanta"ya məğlub olub - 0:2.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью