UEFA Çempionlar Liqası: Bavariya və Benfika dan səfər qələbəsi

13.02.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları keçirilir.

Oxu.Az xəbər verir ki, "Bavariya" səfərdə "Seltik"in qonağı olub.

Almanlar şotlandları minimal fərqlə məğlub ediblər - 1:2. Münhen klubundan Olise və Keyn qolla yadda qalıblar.

Digər matçda "Monako" doğma azarkeşləri önündə "Benfika"nı qəbul edib. Oyunun taleyini qonaqların vurduğu bir qol həll edib - 0:1. Fransızlar ikinci hissənin əvvəllərində azlıqda qalsalar da, bu, matçın nəticəsinə təsir etməyib.

Qeyd edək ki, bu cütlüklərin cavab qarşılaşmaları fevralın 19-da oynanılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью