UEFA Çempionlar Liqası: Borussiya Dortmund 1/4 finala yüksəldi

12.03.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Lill" - "Borussiya Dortmund" matçı baş tutub.

Oxu.Az xəbər verir ki, qarşılaşma almanların qələbəsi ilə yekunlaşıb - 1:2.

Fransa təmsilçisindən David, qonaqlardan isə Emre Can və Bayer fərqləniblər.

Tərəflər arasında ilk görüş 1:1 hesabı ilə başa çatmışdı. "Borussiya Dortmund" iki oyunun nəticəsi əsasında 1/4 final mərhələsinə adlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью