UEFA Çempionlar Liqası: İnter və Mançester Siti dən səfər qələbələri | Icma.az
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. UEFA Çempionlar Liqasının Liqa mərhələsində üçüncü turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, üçüncü turun ilk oyun günündə keçirilən doqquz qarşılaşma çərçivəsində "Royal Union" - "İnter" və "Vilyarreal"- "Mançester Siti" görüşləri xüsusi maraqla qarşılanıb.
"Keramika" stadionunda "şəhərliləri"i qəbul edən "Vilyarreal" güclü rəqibinə məğlub olub - 0:2.
İngiltərə təmsilçinin qollarını Erlinq Holanda və Bernardu Silva vurublar.
"İnter" isə səfərdə Belçikanın "Royal Union" klubundan aşkar üstün olub - 0:4.
Darmadağınla qalib gələn Milan təmsilçisindən qol müəllifləri Denzel Dumfris, Lautaro Martines, Hakan Çalhanoğlu (penaltidən) və Françesko Espozito olublar.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: "Barselona" - "Olimpiakos" - 6:1; "Kayrat" - "Pafos" - 0:0; "Arsenal" - "Atletiko Madrid" - 4:0; "Bayer Leverkuzen" - PSJ - 2:7; "Kopenhagen" - "Borussiya Dortmund" - 2:4; "Nyukasl Yunayted" - "Benfika" - 3:0; PSV - "Napoli" - 6:2.
Qeyd edək ki, turun oyunlarına oktyabrın 22-də yekun vurulacaq.
Tam oxu
Xəbəri oxu