UEFA Çempionlar Liqası: PSJ məğlubiyyətlə yarımfinala adladı

16.04.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Aston Villa" - PSJ matçı keçirilib.

Oxu.Az xəbər verir ki, Birmingemin "Villa Park" stadionunda baş tutan qarşılaşmada hesabı 11-ci dəqiqədə qonaqlardan Hakimi açıb.

17 dəqiqə sonra Mendeş Fransa təmsilçisinin üstünlüyünü iki topa çatdırıb.

Tilemans 34-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb. Makqinn 55-ci dəqiqədə hesaba tarazlıq gətirərək ingilisləri ümidləndirib.

Üç dəqiqə sonra Konsa fərqlənərək, parisliləri yenidən meydançanın mərkəzinə dəvət edib. Birmingem təmsilçisinin bundan artığına gücü çatmayıb və görüş 2:3 hesabı ilə tamamlanıb.

Tərəflər arasında ilk görüş PSJ-nin 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

PSJ yarımfinalda "Real Madrid" - "Arsenal" cütlüyünün qalibi ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью