UEFA Çempionlar Liqası: PSJ son anda Atletikoya məğlub oldu

07.11.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Çempionlar Liqasının liqa mərhələsində 4-cü tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, Madrid "Atletiko"su səfərdə PSJ ilə qarşılaşıb.

Komandalar əsas vaxtda hərəyə bir qol vurublar. Lakin 90+3-cü dəqiqədə qonaqların dəqiq zərbəsi fransızları məyus edib. PSJ öz meydanında "Atletiko"ya 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, günün digər qarşılaşmalarında " Brügge" "Aston Villa"ya 1:0, "Şaxtyor" isə "Yanq Boyz"a 2:1 hesabı ilə qalib gəlib.

Həmçinin, "Zalsburq" səfərdə "Feyenoord"dan üstün olub - 1:3, Praqa "Sparta"sı evdə "Brest"ə uduzub - 1:2, "Ştutgart" öz meydanında "Atalanta"ya məğlub olub - 0:2.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью