Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına bu gün çıxaca
Ölkə.az-ın Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada "Atletik"lə üz-üzə gələcək.
Qarşılaşma "San Mames" stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Görüşün baş hakimi xorvatiyalı İqor Payaç olacaq.
"Qarabağ" hazırda 6 xalla 10-cu pillədə qərarlaşıb. İlk iki görüşdə uduzan Bilbao klubu isə 35-cı sıradadır.
Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib.
"Köhlən atlar" II turda Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəlib - 2:0.
Bundan başqa UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda bu gün daha 8 qarşılaşma baş tutacaq.
"Qarabağ"ın rəqiblərindən "Çelsi" evdə "Ayaks"la üz-üzə gələcək. "Liverpul" səfərdə "Ayntraxt"ın qonağı olacaq.