UEFA Çempionlar Liqası: “Qarabağ” İngiltərədə “Nyukasl”la üz üzə gələcək

24.02.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərədə “Nyukasl”la münasibətlərə aydınlıq gətirəcək.

Oyun saat 23:59-da start götürəcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Qeyd edək ki, Bakıdakı ilk görüşdə “Nyukasl” 6:1 hesabı ilə qalib gəlib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью