Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, "Qarabağ" növbəti görüşünü oktyabr ayının 22-də səfərdə "Atletik Bilbao" klubuna qarşı keçirəcək.
Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk görüşündə "Benfika"ni səfərdə 2:3 hesabı ilə məğlub edib.
1 oktyabr
UEFA Çempionlar Liqası
II tur
Saat 20:45, "Qarabağ" - "Kopenhagen".