Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz "Sabah" klubu doğma meydanda Finlandiyanın "KuPS" komandası ilə cavab görüşünə çıxır.
Moderator.az xəbər verir ki, Finlandiyanın Kuopio şəhərindəki "Savon Sanemat Areena" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, tərəflər arasında iyulun 21-də keçirilmiş ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Bu cütün qalibi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında Danimarkada keçirilmiş ilk görüş 1:4 hesabı ilə polşalıların qələbəsi ilə yekunlaşıb.