UEFA Çempionlar Liqası: Sabah ın rəqibi bu gün bəlli olacaq

16.06.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sabah"ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

Ölkə.az-ın məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri İrlandiyanın "Şemrok Rovers", Uelsin TNS, İslandiyanın "Vikinqur", Şimali İrlandiyanın "Larne", Finlandiyanın "KuPS", Qazaxıstanın "Kayrat", Moldovanın "Petrokub", Estoniyanın "Flora", Cəbəllüttariqin "Linkoln", Rumıniyanın "Universitatya", Farer adalarının "Klaksvik", Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Borats" və Latviyanın "Riqa" kollektivləridir.

Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью