Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyənləşib.
"Ölkə.az" xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutub.
Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv Uelsin TNS klubu ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.