UEFA Çempionlar Liqası: “Sabah” “Orhus”la üz üzə gələcək

05.08.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sabah” futbol komandası bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi ilk görüşdə Danimarkada “Orhus”un qonağı olacaq.

Ranners stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək. Matçı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.

Komandalar arasında cavab qarşılaşması avqustun 11-də Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq. Görüş saat 20:00-da başlayacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью