UEFA Çempionlar Liqasında 24 illik rekord qırılıb

28.11.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasında qol rekordu qeydə alınıb.

Oxu.Az xəbər verir ki, Liqa mərhələsinin V turunda baş tutan 18 oyunda 67 qol (orta məhsuldarlıq - 3.72) vurulub.

Əvvəlki rekord 2000/2001 mövsümünün qrup mərhələsinin I turunda qeydə alınıb. Həmin vaxt 16 matçda 63 qol (orta məhsuldarlıq - 3.96) vurulub.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 15 xalla İngiltərənin "Liverpul" klubu başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью