UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

13.03.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı oyunçusu adına dörd namizəd bəlli olub.

Oxu.Az xəbər verir ki, siyahıda Harri Keyn ("Bavariya"), Canluici Donnarumma (PSJ), Marko Asensio ("Aston Villa") və Əmrə Can ("Borussiya Dortmund") yer alıb.

Keyn "Bayer"lə qarşılaşmada (2:0) qol və məhsuldar ötürmə ilə yadda qalıb. Donnarumma "Liverpul"la penaltilər seriyasında rəqibin iki zərbəsini dəf edərək komandasını 1/4 finala çıxarıb. Asensio "Brügge" ilə oyunda (3:0) dubl edib. Can isə "Lill"lə görüşdə qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью