UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlərin siyahısı bəlli olub

07.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV tur görüşlərindən sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Oxu.Az xəbər verir ki, siyahıda "Sportinq"dən Viktor Qyökereş, "Liverpul"dan Luis Dias, "Zalsburq"dan Kerim Konate, "Seltik"dən isə Nikolas Kyun yer alıb.

Ən yaxşı oyunçunun adına isə həftəsonu aydınlıq gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turundan sonra turnir cədvəlinə 12 xalla "Liverpul" başçılıq edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью