UEFA Çempionlar Liqasında Qarabağ ın növbəti rəqibi müəyyənləşdi

30.07.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan "Qarabağ" komandasının rəqibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, "köhlən atlar" bu mərhələdə Şimali Makedoniya təmsilçisi "Şkendiya" klubu ilə qarşılaşacaqlar.

"Şkendiya" II təsnifat mərhələsində FCSB (Rumıniya) komandasını iki oyunun nəticəsinə görə üstələyib. Tərəflər arasında hər iki görüş "Şkendiya"nın qələbəsi ilə yekunlaşıb (1:0, 2:1).

Ağdam təmsilçisi isə "Şelburn"a (İrlandiya) hər iki oyunda qalib gələrək (3:0, 1:0) adını lll təsnifat mərhələsinə yazdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью