UEFA Çempionlar Liqasını vaxtından əvvəl tərk edəcək ilk komanda bəlli olub

11.12.2024

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


UEFA Çempionlar Liqasını vaxtından əvvəl tərk edəcək ilk komanda müəyyənləşib. 


Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Liqa mərhələsinin VI turunda öz meydanında İngiltərənin "Aston Villa" klubuna uduzan (2:3) "Leyptsiq" yarışı vaxtından əvvəl tərk edəcək ilk komanda olub. Almaniya təmsilçisi geridə qalan 6 oyunun hamısında uduzmaqla hazırda bütün komandalar arasında ən pis göstəriciyə malikdir.

UEFA Çempionlar Liqasının pley-offuna çıxmaq hüququ verən sonuncu - 24-cü pillədə hazırda 7 xalla PSJ (Fransa) qərarlaşıb. 

Zərintac Mayisqızı 

Missiya.Az 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью