UEFA Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər açıqlanıb

12.05.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 12 may, AZƏRTAC

UEFA Çempionlar Liqasında Fransanın PSJ və İtaliyanın "İnter" klubları arasında keçiriləcək final oyununu idarə edəcək hakimlər açıqlanıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Referi İştvan Kovaça Mixay Marika və Ferens Tunyoqi kömək edəcəklər.

Dördüncü hakim funksiyasını portuqaliyalı Yuan Pineyru yerinə yetirəcək. Niderlandlı Dennis Hiqler və rumıniyalı köməkçisi Katalin Popa isə VAR hakimi olacaqlar.

Qeyd edək ki, görüş mayın 31-də Almaniyanın Münxen şəhərində oynanılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью