UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII tur başlayır

21.01.2025

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna bu gün start veriləcək.

“Report”un məlumatına görə, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

İspaniyanın “Barselona” klubu səfərdə “Benfika”nın qonağı olacaq. İngiltərənin “Liverpul” komandası evdə “Lill”i qəbul edəcək. İspaniyanın digər komandası “Atletiko” isə Madriddə Almaniya təmsilçisi “Bayer 04” ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

VII tur

21 yanvar

21:45. “Atalanta” (İtaliya) - “Şturm” (Avstriya)
21:45. “Monako” (Fransa) - “Aston Villa” (İngiltərə)
00:00. “Slovan” (Slovakiya) - “Ştutqart” (Almaniya)
00:00. “Brügge” (Belçika) - “Yuventus” (İtaliya)
00:00. “Atletiko” (İspaniya) - “Bayer 04” (Almaniya)
00:00. “Benfika” (Portuqaliya) - “Barselona” (İspaniya)
00:00. “Liverpul” (İngiltərə) - “Lill” (Fransa)
00:00. “Bolonya” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya)
00:00. “Srvena Zvezda” (Serbiya) - PSV (Niderland)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun digər oyunları sabah keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью