UEFA Çempionlar Liqasının yarımfinal matçlarını idarə edəcək hakimlər bəlli oldular

05.05.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

Oxu.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "İnter" (İtaliya) - "Barselona" (İspaniya) görüşü polşalı Simon Marçinyaka həvalə edilib.

PSJ (Fransa) - "Arsenal" (İngiltərə) qarşılaşmasına isə almaniyalı Feliks Zvayer təyinat alıb.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi

Cavab oyunları

Saat 23:00, "İnter" (İtaliya) - "Barselona" (İspaniya).

Hakimlər: Simon Marçinyak, Tomas Listkeviç, Adam Kupsik, Pavel Raçkovski (Polşa).

VAR: Dennis Hiqler (Niderland).

AVAR: Pol van Bokel (Niderland).

İlk oyun - 3:3.

Saat 23:00, PSJ (Fransa) - "Arsenal" (İngiltərə).

Hakimlər: Feliks Zvayer, Robert Kampter, Kristian Diç, Harm Osmers (Almaniya).

VAR: Bastian Dankert (Almaniya).

AVAR: Benjamin Brand (Almaniya).

İlk oyun - 1:0.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью