UEFA Çempionlar Liqasının yeni formatında dəyişiklik edə bilər

24.04.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 aprel, AZƏRTAC

UEFA Çempionlar Liqasının yeni formatında bir sıra dəyişiklikləri nəzərdən keçirir.

AZƏRTAC “Bild” nəşrinə istinadən xəbər verir ki, pley-off matçlarında əlavə vaxtı ləğv edilə bilər. Bundan başqa, ümumi mərhələnin sonunda ən yaxşı səkkiz kluba pley-offun cavab oyunlarını öz meydanında keçirmək hüququnun verilməsi planlaşdırılır.

Qeyd edək ki, 2024/2025-ci illər mövsümündən etibarən Çempionlar Liqasının qrup mərhələsini Liqa mərhələsi əvəz edib. Komandaların sayı 32-dən 36-ya çatdırılıb. Hər komanda 8 oyun keçirir, nəticədə turnir cədvəlində ilk səkkiz yeri tutan klub birbaşa turnirin 1/8 finalına adlayır. Digər 16 kollektiv isə pley-offda mübarizə aparır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью