UEFA dan ABŞ yə buraxılmayan hakimə tarixi jest

12.06.2026

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Somalili hakim Omar Abdulakdir Artanla bağlı yeni xəbər var. Məlum olduğu kimi Artan dünya çempionatının oyununu idarə edən ilk somalili hakim ola bilərdi. Amma ABŞ-nin miqrasiya siyasəti üzündən bu ədalət təmsilçisi ölkəyə buraxılmamışdı. Baxmayaraq ki, Artan ötən il Afrika qitəsinin ən yaxşı hakimi seçilmişdi.

Mayami hava limanından geri qayıtmaq məcburiyyətində qalan və bir andaca futbol dünyasında ən çox müzakirə edilən şəxslərdən birinə çevrilən Artana UEFA tərəfindən tarixi bir jest edilib.
UEFA ilə Afrika Futbol Konfederasiyası arasındakı xüsusi əməkdaşlıq və imzalanan memorandum sayəsində bu hakim PSJ ilə ''Aston Villa'' arasında keçiriləcək Avropa superkuboku matçına təyinat alıb. Bu oyun avqustun 12-də Avstriyanın Zaltsburq şəhərində baş tutacaq.
Beləliklə, tarixdə ilk dəfə Avropa superkuboku uğrunda oyunu Afrikadan olan hakim idarə edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью