UEFA dan Asim Xudiyevə yeni təyinat

01.09.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb. Sport24.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus – Avstriya görüşünün hakim-inspektoru olacaq.

Oyun sentyabrın 8-də Gürcüstanın Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью