UEFA dan azərbaycan hakimə etimad

22.10.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın qadın FIFA referisi Fəridə Lüftəliyeva beynəlxalq arenada növbəti təyinatını alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Həmyerlimiz Gürcüstanda təşkil olunacaq U-17 qadınlararası Avropa çempionatının seçmə mərhələsində B4 qrupunun iki qarşılaşmasında baş hakim kimi ədaləti qoruyacaq.

Lüftəliyeva oktyabrın 25-də keçiriləcək Uels – Lüksemburq, eləcə də oktyabrın 31-də baş tutacaq Lüksemburq – Gürcüstan oyunlarını idarə edəcək. Həmçinin referimiz oktyabrın 28-də təşkil olunacaq Uels – Gürcüstan matçında dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Digər təmsilçimiz Günlürə Əkbərzadə isə qrupun hər üç görüşündə yan xətt hakimi kimi çalışacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью