UEFA dan azərbaycanlı hakimə növbəti təyinat

09.07.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Axar.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Quliyev UEFA Avropa Liqasının I təsnifat mərhələsində iyulun 17-də keçiriləcək “Aktobe” (Qazaxıstan) - “Legiya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью