UEFA dan Barselona ya yaşıl işıq

01.12.2025

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA "Barselona" və Frankfurt "Ayntraxt"ı arasında baş tutacaq Çempionlar Liqası matçının təmir olunmuş "Kamp Nou"da keçiriləcəyini təsdiqləyib. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Stadionun təftişi Kataloniya təmsilçisinin "Alaves"ə qarşı oyunu (3-1) zamanı baş tutub. UEFA nümayəndələri obyektin texniki vəziyyətini və təhlükəsizlik tədbirlərini qiymətləndirib, təxliyə yollarını, naviqasiya sistemlərini, giriş xidmətlərini və azarkeş axınının idarə olunmasını araşdırıblar.

Bir neçə saatlıq yoxlamadan və klub rəhbərliyi ilə müzakirələrdən sonra müfəttişlər müsbət nəticə veriblər.

Qeyd edək ki, Çempionlar Liqasının altıncı turu dekabrın 9-da keçiriləcək. Bu yenilənmiş "Kamp Nou"da ilk Çempionlar Liqası oyunu olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью