UEFA dan “Fənərbaxça”ya 150 minlik cərimə

14.11.2025

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Türkiyənin “Fənərbaxça” klubunu cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin UEFA Avropa Liqasında “Viktoriya”ya (Plzen) qarşı keçirdiyi səfər oyununda tribunada yaşananlar olub. 

Belə ki, həmin matçda çexiyalı azarkeşlər “Vojna s Turkem musi bejt” (Türklərlə müharibə olmalıdır) pankartı açıb. Həmin pankart isə türkiyəli tərəfdarların narazılığına səbəb olub və qarşıdurma yaranıb. 

Nəticədə UEFA “Fənərbaxça”nı 78 min avro (154 min manat) cərimələyib. 

Üstəlik, növbəti iki səfər oyununda “Fənərbaxça” azarkeşlərinə bilet satılmayacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью