UEFA dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR

30.08.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Gəncə Şəhər Stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

AFFA-dan bildirilib ki, iki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsində Gəncə Şəhər Stadionu UEFA tərəfindən yüksək qiymətləndirilib.

Arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusunu alıb.

Bu status stadionun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir. Yeni kateqoriya Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksəksəviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью