UEFA dan İnfantino əleyhinə bəyanat

31.08.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA FİFA prezidenti Canni İnfantinonun milli assosiasiyalara maliyyə vədləri müqabilində qurumun kommersiya layihəsini dəstəkləmək çağırışı ilə bağlı rəsmi bəyanat yayıb.

Futbolpress.az xəbər verir ki, daha əvvəl “Sky Sports” İnfantinonun bu layihəni dəstəkləyəcək hər bir federasiyaya 35 milyon avro subsidiya vəd etdiyini və onlara sentyabrın 19-na qədər vaxt verdiyini bildirmişdi.

UEFA-nın bəyanatında FİFA-nın bu addımı kəskin tənqid olunub:

“Bu gün bizə bəlli oldu ki, FİFA assosiasiyalara son müddət təyin edib. Onlar ya təklifləri dəstəkləməlidir, ya da birdəfəlik ödəniş haqqında təklif gündəlikdən çıxarılacaq. Bu fakt təşəbbüsün mahiyyətindən xəbər verir. Futbol dünyasının bir çox maraqlı tərəfləri ilə apardığımız müzakirələrdən sonra UEFA-ya məlum olub ki, FİFA-nın sxeminə qarşı ciddi və getdikcə böyüyən bir müqavimət var. FİFA futbolu özünün və dostlarının varlanma vasitəsinə çevirməyə davam edə bilməz. Biz oyunu doğru yolla inkişaf etdirə bilərik. Artıq assosiasiyaların, klubların, liqaların, oyunçuların və azarkeşlərin mənafeyini hər şeydən üstün tutmaq vaxtı çatıb”.

Qeyd edək ki, FİFA iyulun 28-də media və kommersiya hüquqlarını, o cümlədən dünya çempionatlarının hüquqlarını ötürmək üçün yeni strukturun yaradılması planlarını təsdiqləyib. Həmin strukturun 20 faizdən çox səhminin özəl investorlara satılması nəzərdə tutulur. Bu paylar qarşılığında investorların ödəyəcəyi təxminən 4,2 milyard dolların futbolun inkişafına xərclənəcəyi iddia olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью