UEFA dan İnfantinoya qarşı sərt plan

03.08.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA və bir sıra futbol konfederasiyaları FİFA prezidenti Canni İnfantinoya qarşı təzyiq tədbirləri hazırlayır.

Redaktor.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Məlumata görə, UEFA, Asiya Futbol Konfederasiyası və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) İnfantino istefa verməyəcəyi və yenidən prezidentliyə namizəd olacağı təqdirdə ona qarşı birgə addımlar atmağı müzakirə edir.

Bildirilib ki, konfederasiyalar FİFA Şurası və komitələrinin iclaslarını boykot etməyi, təşkilatın qərarlarını təsdiqləməkdən imtina etməyi, hətta alternativ beynəlxalq turnirlərin yaradılmasını nəzərdən keçirirlər. Qeyd olunur ki, UEFA-nın hələ 2017-ci ildə hazırladığı qlobal Millətlər Liqası layihəsi də yenidən gündəmə gələ bilər.

Nəşrin mənbəsinin sözlərinə görə, İnfantinonun əleyhdarları qətiyyətlidir və FİFA-nın fəaliyyətini ciddi şəkildə iflic edə biləcək addımlar atmağa hazırlaşırlar.

Xatırladaq ki, daha əvvəl UEFA FİFA dünya çempionatının keçirilmə hüquqları satılacağı təqdirdə 2030-cu il mundialını boykot edə biləcəyini açıqlamışdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью