UEFA dan “Qarabağ”a daha bir neçə milyon avro mükafat

02.10.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

“Qarabağ” Benfika və Kopenhagen üzərində qələbələrlə 4,2 milyon avro qazanıb 

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində ardıcıl iki qələbə əldə edib. Ağdam təmsilçisi əvvəlcə Portuqaliyanın “Benfika” klubunu, daha sonra isə Danimarka çempionu “Kopenhagen”i məğlub edib.

Bu uğurlara görə UEFA Azərbaycan çempionuna 4,2 milyon avro (7,728,000 AZN) mükafat ayırıb.

Qeyd edək ki, bu məbləğ yalnız qələbələr üçün ayrılan vəsaiti əhatə edir və ümumi gəlirə digər bonuslar daxil deyil.

İdmanxeber.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью