UEFA Elçin Məsiyevi Belçikaya ezam edir

26.11.2024

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Belçikada yerli "Serkl Brügge" və Şotlandiyanın "Harts" komandaları arasında keçiriləcək IV turun matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, "Jan Breydel" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью