UEFA Elçin Məsiyevi Belçikaya göndərdi

26.11.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Fanat.Az xəbər verir ki, azərbaycanlı hakim UEFA Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Serkle Brügge” (Belçika) – “Harts” (Şotlandiya) oyununun baş hakimi olacaq. 

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью