UEFA Əliyar Ağayevi Serbiyaya göndərdi

08.06.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin K qrupunda keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

Görüş iyunun 10-da Leskovaç şəhərində yerləşən "Duboçiça" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью