UEFA Fənərbağçanı cərimələdi

30.06.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Türkiyənin "Fənərbağça" komandasını yeddi milyon avro məbləğində cərimələyib.

Bakıvaxtı.az bu barədə "Fanatik" nəşrinə istinadən xəbər verir.

Buna səbəb kimi, İstanbul təmsilçisinin maliyyə qaydalarını pozduğu göstərilir. Belə ki, "Fənərbağça" 2025-ci təqvim ilində UEFA-nın müəyyən etdiyi heyət xərcləri həddini - 70%-lik limiti aşıb. "Fənərbağça"da bu göstərici 84 faiz təşkil edib.

Bildirilir ki, klub sözügedən qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью