UEFA Fənərbaxça ya cəza verəcək?

09.05.2026

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əzəli rəqibi ''Qalatasaray''ın növbəti çempionluğuna şahidlik etməyə hazırlaşan ''Fənərbaxça'' üçün heç də xoş olmayan yeni bir iddia ortaya atılıb. Türkiyəli insayder Sərcan Həmzəoğlunun paylaşdığı məlumata görə iyunun əvvəllərində UEFA-dan ''Fənərbaxça''ya 15 milyon avroya yaxın pul cəzası veriləcək! Bu cəzanın böyük hissəsi klub üçün ayrılmış ''maliyyə feyr-pleyi''nin aşılması üzündən yaranıb. Klub tərəfindən bu proses diqqətlə təqib edilir. Qərarın qısa müddət ərzində açıqlanacağı gözlənilir. Bundan başqa Türkiyə mənbələrinin yazdığına görə ''sarı-lacivərdlilər'' iyunun əvvəllərində ödənilməli olan 92 milyon avroluq borcu var. Bu ilin sonuna qədər isə İstanbul nəhəngi 150 milyon avro ödəməlidi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью