UEFA FİFA dan ayrıla bilər

04.08.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA FIFA prezidenti Canni İnfantinonun istefasını tələb etməkdə qərarlıdır. 

Fanat.Az xəbər verir ki, qitə futbol qurumu bunun üçün bütün mümkün variantlara əl atmağa hazırlaşır.

Münaqişə, FİFA-nın dünya çempionatının hüquqlarının bir hissəsini satmağı təklif etdiyi yeni bir kommersiya strukturu olan FIFA Forward Enterprise (FFE) layihəsinə görə baş verib. Təşəbbüs Avropa federasiyaları tərəfindən kəskin tənqidlərə səbəb olub.

"The Telegraph"ın iddiasına görə, təzyiq vasitələrinə FİFA-nın fövqəladə Konqresinin çağırılması və ardınca İnfantinoya etimadsızlıq səsverməsi daxildir. FİFA Nizamnaməsinin 25.4-cü maddəsi bunun üçün üzvlərin 20 faizinin və ya 43 milli assosiasiyanın dəstəyini tələb edir. 55 üzv federasiyanı təmsil edən UEFA bu həddi təkbaşına keçə bilir.

Məlumata görə, FİFA prezidentinin əleyhdarları onu istefaya məcbur etmək niyyətindədirlər və məqsədlərinə çatmaq üçün bütün mümkün yolları, o cümlədən beynəlxalq futbol təşkilatından ayrılmağı gözdən keçirməyi araşdırırlar.

FİFA kommersiya hüquqlarından pay almaq müqabilində xarici maliyyələşdirmə cəlb etmək planlarını açıqladıqdan sonra qalmaqalı başlayıb. Təşkilat daha sonra FİFA-nın struktur üzərində nəzarəti saxlayacağına və 211 assosiasiyanın hər birinin dörd il ərzində inkişaf üçün 20 milyon dollar alacağına dair bir açıqlama yayıb. Lakin təklif artıq təkcə Avropada deyil, həm də KONKAKAF-da müqavimətlə qarşılaşıb və federasiyalar da təşəbbüsə qarşı açıq şəkildə çıxış ediblər.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью