UEFA FİFA dan bunu tələb etdi

19.09.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA FİFA-dan bunu tələb etdi

UEFA və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) FİFA-dan üzv federasiyalara maliyyə vəsaiti ayırmağı tələb edib.

QOL.az “L’Équipe”ə istinadən xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin və KONKAKAF prezidenti Viktor Montalyani FİFA rəhbəri Canni İnfantinoya məktub göndəriblər.

Məktubda qeyd olunub ki, FİFA 2023-2026-cı illər dövrünü təxminən 6 milyard dollar ehtiyatla başa vuracaq. Bu, təşkilat tarixində ən yüksək göstəricidir.

Çeferin və Montalyani hesab edirlər ki, 2027-2030-cu illəri əhatə edəcək növbəti dövr ərzində 211 milli federasiyanın hər birinə ən azı 10 milyon dollar ayrılması məqsədəuyğundur. Bu isə ümumilikdə təxminən 2,1 milyard dollar təşkil edəcək.

Məktubda həmçinin İnfantinonun idarəçilik metodlarından narazılıq ifadə olunub.

Bu təşəbbüs dünya futbolunda davam edən böhranın yeni mərhələsi kimi qiymətləndirilir. Böhran daha əvvəl DÇ-nin maliyyələşdirilməsinə özəl investorların cəlb olunması layihəsinin ləğvindən sonra gündəmə gəlmişdi. Layihə razılaşdırılmadan başladılmış, lakin geniş tənqidlərdən sonra ondan imtina edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью