UEFA Fransa klubunu böyük məbləğdə cərimələyəcək

22.10.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqası çərçivəsində "Brügge"yə qarşı keçirilən oyunda azarkeşlərinin davranışı səbəbindən "Lans"a qarşı intizam icraatına başlayır. Sport24.az xəbər verir ki, bu barədə "L"Équipe" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə əsasən, qonaq azarkeşlər üçün ayrılan sektorda Fransa klubunun fanatları xeyli sayda pirotexniki vasitə və məşəl yandırıblar. Yaranan tüstü səbəbindən baş hakim Luiş Qodinyo oyunu müvəqqəti dayandırmalı olub.

"Lans"ı böyük məbləğdə cərimə, eləcə də azarkeşlərinin gələcək səfər oyunlarına buraxılmaması kimi sanksiyalar gözləyə bilər.

UEFA-nın intizam orqanı bunun təkrar pozuntu olduğunu da nəzərə alacaq. Belə ki, sentyabrın 10-da Praqa "Sparta"sına qarşı keçirilən və "Lans"ın 3:2 hesablı qələbəsi ilə başa çatan səfər oyununda da klub azarkeşləri qonaq sektorunda çoxlu sayda pirotexniki vasitə və məşəldən istifadə etmişdilər.

Qeyd edək ki, Fransa təmsilçisi Belçika klubuna 0:3 hesabı ilə məğlub olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью