UEFA Gənclər Liqası: Qarabağ ilk xal həsrətində, Sabah qapını bərk çırpmaq istəyir

05.11.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edən "Sabah" və "Qarabağ" klublarının U-19 komandaları bu gün növbəti oyunlarını keçirəcəklər.

Fanat.Az xəbər verir ki, hər iki komandamız rəqibini Bakıda qəbul edəcək. 

Rəşad Sadiqovun baş məşqçisi olduğu Ağdam təmsilçisi əsas mərhələsinin IV turunda İngiltərə "Çelsi"si ilə üz-üzə gələcək. Oyun "Azərsun Arena"da, saat 15:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası əvvəlki üç turdakı oyunlarının hamısını böyük hesabla uduzub - "Benfika" 1:7, "Kopenhagen" 0:5, "Atletik Bilbao" 0:3.

UEFA Gənclər Liqası
Liqa mərhələsi, 4-cü tur
5 noyabr

15:00. "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə)
Hakimlər: Dmitri Kubryak, Vitali Skoblya, Aleksandr Korniyko (hamısı Ukrayna), Fərid Hacıyev (Azərbaycan)
"Azərsun Arena".

"Sabah" isə UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi "Nant"ı qəbul edəcək. Bu görüş Masazırda baş tutacaq və saat 17:00-da başlayacaq. "Bayquşlar" səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzub.

UEFA Gənclər Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
5 noyabr

17.00. "Sabah" (Azərbaycan) - "Nant" (Fransa) 
Hakimlər: Danilo Nikoliç, Yovan Qruiç, Aleksandr Qovedaroviç (hamısı Serbiya), Tural Qurbanov (Azərbaycan).
Masazır. "Bank Respublika Arena".
(ilk oyun - 0:5)

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью