UEFA Gənclər Liqası: Qarabağ son matçına çıxır

10.12.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edən "Qarabağ"ın U-19 komandası bu gün növbəti - son oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv "Ayaks"ın gənclər komandası ilə üz-üzə gələcək.

"Azersun Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Matçı Macarıstandan olan hakim Marton Ruş idarə edəcək.

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası əvvəlki 5 turdakı oyunlarının hamısında uduzub - "Benfika" 1:7, "Kopenhagen" 0:5, "Atletik Bilbao" 0:3, "Çelsi" 0:6, "Napoli" 0:2. Beş oyunda 1 qol vurub 23-nü buraxan təmsilçimiz Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb. Qonaqlar isə 7 xalla 25-ci yerdədir.

UEFA Gənclər Liqası
Liqa mərhələsi, 6-cı tur
25 noyabr

14:00.  "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland)
Hakimlər: Marton Ruş, Qerqo Viq-Tarşoni, Balaj Şalay (hamısı Macarıstan), Cavid Cəlilov (Azərbaycan).
Bakı. "Azersun Arena".

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью