UEFA Gənclər Liqası: Sabah Bazellə cavab görüşünə çıxır

06.11.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Azərbaycanın UEFA Gənclər Liqasındakı təmsilçisi “Sabah” bu gün Çempionlar yolunun II təsnifat mərhələsində cavab oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, paytaxt klubunun 19 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda "Bazel"lə qarşılaşacaq.

Adino Mustedanaqiçin komandasının İsveçrə təmsilçisi ilə görüşü "ASCO Arena"da oynanılacaq və saat 18:00-da başlayacaq. 

Qeyd edək ki, komandalar arasındakı ilk matçda "Bazel" 6:0 hesablı qələbə qazanıb.

UEFA Gənclər Liqası
II təsnifat mərhələsi, cavab oyunu
6 noyabr

18:00. “Sabah” (Azərbaycan) - “Bazel” (İsveçrə)
Hakimlər: Rustam Omarov, Aleksey Dolgix, Dmitri Beloqradov (hamısı Qazaxıstan), Fərid Hacıyev (Azərbaycan)
Bakı, “ASCO Arena”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью