UEFA icazə verdi: Qarabağ Abdulbari Gozalı belə anacaq EKSKLÜZİV

23.01.2025

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

EK

“Bugünkü oyunda 1 dəqiqəlik sükut olacaq və komandalar meydana qara sarğı ilə çıxacaqlar”.

Bu sözləri Publika.az-a açıqlamasında “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib. O, Avropa Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində keçiriləcək FKSB ilə oyundan əvvəl yanvarın 18-də vəfat edən klubun fəxri prezidenti Abdulbari Gozalın anılması ilə əlaqədar UEFA-ya müraciət etdiklərini və qitənin ali futbol qurumundan müsbət cavab aldıqlarını bildirib.

Qeyd edək ki, “Qarabağ” – FKSB matçı bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Heybət Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью